Prezident İlham Əliyevdən şahmatçılara mükafat

Prezident İlham Əliyev Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında Sərəncam imzalayıb.

 

Sportal.az "Azərtac"a istinadən xəbər verir ki, Sərəncamda Azərbaycanın kişi şahmatçılardan ibarət yığmasının Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazandığı qeyd edilir.

 

Sərəncama əsasən, komandamızın üçqat Avropa çempionu olması və Azərbaycan şahmatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Şahmat Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.

Tarix: 8 Noyabr [18:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Fevral 2019
16  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio