Samirsiz "Fakel" xal itirdi

10:37 - 9 Noyabr 2017

Rusiya 1-ci divizionunda 22-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” səfərdə “Tümen”lə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Samirin adı ümumiyyətlə bu görüşün iştirak ərizəsində yer almayıb.

 

"Fakel" geridə qalan turlarda topladığı 21 xalla 20 klub arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti