Futbolçulara səhv diaqnoz qoyan həkim "Bavariya"dan qovuldu

Almaniyanın “Bavariya” klubunun rəhbərliyi komandanın həkimi Folker Braunu postundan uzaqlaşdırıb.

 

Sportal.az xəbər verir ki, Münhen klubunun onu qovmasına aparıcı futbolçulardan Jerom Boatenq və David Alabaya səhv diaqnoz qoyması səbəb olub. 

 

“Bild”in iddiasına görə, klub rəhbərliyi komandanın keçmiş həkimi Vilhelm Müller-Volfarta müraciət ünvanlayıb və məlum olub ki, hər iki futbolçuya qoyulan diaqnoz yanlışdır. Məhz bundan sonra Braun istefaya göndərilib.

Tarix: 9 Noyabr [15:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Noyabr 2017
24  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio