Neymar PSJ-nin oyunlarında meydana çıxmaqdan imtina edib

PSJ-nin ulduz oyunçusu Neymar Fransa çempionatında iki oyunda meydana çıxmaqdan imtina edib.

 

Sportal.az xəbər verir ki, braziliyalı ulduz 12-ci turda "Anje" və daha əvvəl "Monpelye" ilə səfər matçlarında oynamaq istəməyib.

 

Buna səbəb "sambaçı"nın Fransadakı bəzi stadionlarının keyfiyyətindən narazı olmasıdı. Forvard zədələnmə ehtimalına görə ot örtüyü yaxşı olmayan meydançalarda oynamaq istəmir. 

 

Qeyd edək ki, Neymar ötən  yay 222 milyon avroya "Barselona"dan transfer olunub.

Tarix: 9 Noyabr [15:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Noyabr 2017
24  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio