Serxio Ramos: "Ronaldonun fikirlərinə qatılmıram"

16:16 - 9 Noyabr 2017

"Real"ın kapitanı Serxio Ramos Kristiano Ronaldoun komandanın ötən illə müqayisədə zəifləməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi portuqaliyalı hücumçunun fikirləri ilə razı olmadığını deyib. Ramos İspaniya mətbuatına verdiyi açıqlamada heç bir oyunçu üçün darıxmadığını söyləyib:

 

"Ronaldonun fikirlərinə qatılmıram. Komandamızın keçən ilkinə baxanda zəif olması onun şəxsi fikridi. Onlarsız Super Kuboku qazandıq. Mən heç bir futbolçu üçün darıxmıram. Heyətlər hər zaman dəyişir və hər oyunçu komandasına xeyir verir".

 

Qeyd edək ki, Ronaldo bir neçə gün öncə verdiyi açıqlamasında Pepe, Alvaro Morata və Xames Rodriqesin "Real"dan getməsinin komandanın zəifləməsinə gətirib çıxardığını bildirmişdi.

Xəbər xətti