İtaliya millisində ciddi itki

13:55 - 10 Noyabr 2017

İtaliya millisi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, “skuadra adzurra” Simone Zazanı itirib. “Valensiya”nın hücumçusu zədə səbəbindən bu gün İsveçlə keçiriləcək DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının pley-off matçını buraxacaq. Məşqdə sıradan çıxan 26 yaşlı hücumçunun skandinavlarla ilk oyunda forma geyinməyəcəyi dəqiqdi.

 

Qeyd edək ki, İsveç - İtaliya matçı bu gün saat 23:45-də başlayacaq. Bu komandalar arasında cavab oyunu noyabrın 14-də Milanda keçiriləcək.

Xəbər xətti