Pedro Enrike "Qarabağ"dan ayrılır?

13:46 - 11 Noyabr 2017

"Qarabağ"ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü Pedro Enrike qış transfer pəncərəsində Ağdam klubunu tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstan mətbuatı (sport24.gr) yayıb. Məlumatda qeyd edilib ki, Pedro yanvarda müqavilə ilə məxsus olduğu PAOK-a geri dönə bilər. 27 yaşlı yarımmüdafiəçinin "Qarabağ"da göstərdiyi performans onun Yunanıstan klubuna daha erkən geri dönməsi ehtimallarını artırır. Məsələ burasındadır ki, "atlılar" braziliyalını qışa qədər deyil, mövsümün sonuna kimi icarəyə götürüb.

 

Məsələ ilə bağlı son sözü PAOK-un çalışdırıcısı Razvan Luçesku deyəcək.

 

Qeyd edək ki, bu mövsüm PAOK-la "Qarabağ"da oynayan Pedro Enrike başqa kluba transfer olarsa, FİFA-nın qaydalarına görə mövsümün sonuna kimi meydana çıxa bilməz. Bu səbəbdən də Enrikenin əsas seçimi "Qarabağ" və PAOK arasında olacaq ki, braziliyalı daha çox rəqabət olan Yunanıstan Super Liqasında oynamağa üstünlük verəcək.

 

Qeyd edək ki, Pedro Enrike bu mövsüm Ağdam təmsilçisinin heyətində 14 oyuna 3 qol vurub.

Xəbər xətti