"Qarabağ" - "Çelsi" matçına nə qədər bilet satılıb?

16:27 - 11 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Çelsi” oyununa 50 mindən çox bilet satılıb.

 

Sportal.az xəbər verir ki, bu haqda Ağdam klubunun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

 

Qeyd edək ki, "Qarabağ" noyabrın 22-də keçiriləcək görüş üçün böyük bir xoreoqrafiya hazırlayıb.

 

Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən əldə edə bilərsiniz:

 

Satış məntəqələri:

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 ("Azərbaycan" kinoteatrının yaxınlığı) Bülbül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. ("Nizami" kinoteatrının yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Xəbər xətti