MOİK "Sabah"ı, "Binə" "Ağsu"nu məğlub etdi

18:00 - 11 Noyabr 2017

Azərbaycan Birinci Divizionunda 8-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. “Ağsu” doğma meydanda “Binə” ilə qarşılaşıb. Oyunda qonaq komanda 2:0 hesablı qələbə qazanıb.

 

MOİK isə “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı görüşdə qələbəni “həbrçilər” bayram ediblər - 3:1.

 

Birinci Divizion
8-ci tur 
11 noyabr

 

“Ağsu” – “Binə” 0:2
Qollar:
Renat Aşurov, 68; 82.
Hakimlər: İnqilab Məmmədov, Habil Əliyev, Ruslan Babayev, Rövşən Rəcəbov.
Ağsu. Şəhər stadionu.

 

MOİK – “Sabah” 3:1
Qollar:
Orxan Həsənov, 36. İsmayıl İbrahimli, 59. Bilal Abbaszadə, 75 - Bayram Nuruzadə, 37.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Aleksandr Musatkin, Ziya Nəsirov.
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu.

Xəbər xətti