"Kəpəz"in zədəlilərindən xəbər var

Topaz Premyer Liqasının növbəti turunda “Səbail”i qəbul edəcək “Kəpəz” hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, gəncəlilər bu oyuna tam heyətlə hazırlaşır. Belə ki,  Samba Diallonun vəziyyəti normaldır. Zədəsinə görə 3 çempionat oyununda Gəncə klubuna kömək edə bilməyən futbolçunun hazırlığı qaydasına düşüb. Müalicə prosesi ilə paralel olaraq məşqlərdə də iştirak edən Sambanın qarşıdakı turda meydana çıxması məşqçilər korpusunun qərarından asılı olacaq.

 

“Sarı-göylər”in daha bir üzvü Kərim Diniyevin də durumunda ciddi irəliləyişlər var. Yarımmüdafiəçinin zədəsi sağalmaq üzrədir. “Keşlə” ilə matçda ağır xəsarət alan Diniyevin uzun müddətə sıradan çıxdığı güman olunsa da, müalicəsi uğurla aparıldığından futbolçu tez bərpa olunub. İntensiv müayinə və müalicələrdən sonra Kərim fitnes və fərdi proqram üzrə məşq edib. Bu gündən isə oyunçu komandaya qoşulub.

Tarix: 11 Noyabr [21:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Noyabr 2017
24  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio