Arda Turan transferə çıxarıldı

11:33 - 12 Noyabr 2017

İspaniya La Liqasında mübarizə aparan "Barselona" 3 futbolçunu transferə çıxarıb.

 

Sportal.az xəbər verir ki, "Liverpul"dan Filipe Koutinyo və "Ayaks"dan Matyes de Liqti rənglərinə bağlamaq üçün "Barselona" Arda Turan, Rafinya və Denis Suaresi satmağı planlaşdırır. İspaniya mətbuatında yayılan məlumata görə, hər 3 futbolçu yetərincə şans qazanmır və mövsümün sonunda komandadan göndəriləcəklər.

 

Qeyd edək ki, Arda Turan 2015-ci ildən "Barselona"da çıxış edir. Onun adı son zamanlar daha çox "Qalatasaray"la hallanır.

Xəbər xətti