Elvinlə Dmitri oynadı, komandaları xal itirdi

Avstriyanın Şərq Regional Liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular - Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Qarabağ”ı doğma meydanda “Noyzidl” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Futbolçularımızın hər ikisi start heyətdə meydana çıxıb və sonadək oynayıblar.

 

“Qarabağ” hazırda 30 xalla 17 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Tarix: 12 Noyabr [14:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio