"Qəbələ" "Səbail"lə heç-heçə etdi

17:15 - 12 Noyabr 2017

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən Topaz Premyer Liqasında liderlər qrupunda qərarlaşan "Qəbələ" debütant "Səbail"lə yoxlama görüşü keçirib.

 

Sportal.az xəbər verir ki, komandalar Bakı Olimpiya Stadiounun ehtiyat meydanında qarşılaşıblar. Oyunda qalib müəyyənləşməyib - 1:1.

 

Matçda hesabı "qırmızı-qaralar" açıb. Komandanın heyətində baxışda olan kolumbiyalı yarımmüdafiəçi Kevin Penan hesabı açıb. 21 yaşlı futbolçu 45-ci dəqiqədə fərqlənib. 70-ci dəqiqədə "Səbail"in hücumçusu Aleksandru Papoviçi status-kvonu bərpa edib. Qarşılaşmada başqa qol olmayıb və tərəflər yoxlama matçında 1:1 hesablı heç-heçə ilə ayrılıblar.

Xəbər xətti