Koutinyodan ayrılıq iddialarına münasibət

12:07 - 13 Noyabr 2017

Uzun müddətdir ki, adı "Barselona" ilə hallanan "Liverpul"un futbolçusu Filipe Koutinyo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ayrılıq iddialarına münasibət bildirib. O, "Liverpul"da xoşbəxt olduğunu və dünyanın ən yaxşı liqalarından birində çıxış etdiyini bildirib:

 

"Dünyanın ən yaxşı çempionatlarından birində çıxış edirəm. Hazırda həyatımdan məmnunam. "Liverpul"da xoşbəxtəm və bütün diqqətimi oyunlarımıza cəmləmişəm. Hər gün daha güclü olmaq üçün çalışıram".

 

Qeyd edək ki, Koutinyo 2013-cü ildən "Liverpul"da çıxış edir. Bu mövsüm "qırmızılar"ın heyətində 9 oyun keçirən 25 yaşlı oyunçu 4 qol və 3 assistlik performans nümayiş etdirib.

Xəbər xətti