"Sumqayıt" stadionun ot örtüyünü dəyişir

12:48 - 13 Noyabr 2017

Süni örtüklü meydanlar Azərbaycan futbolunun yaralı yeridir. Süni örtük deyəndə ağıla ilk gələn zədələr, uşaq futbolunun məhv edilməsi və digər neqativ olaylardır.

 

Amma son vaxtlar gec də olsa, analoji halın aradan qaldırılması üçün işlər həyata keçirilir. "Dalğa Arena" stadionunun təbii örtüklə əvəzlənməsi buna əyani sübutdur.

 

Sportal.az xəbər verir ki, daha bir stadionun qazonu təbii örtüklə əvəzlənəcək. Söhbət Azərbaycan futbolu üçün önəmli şəhərlərdən sayılan Sumqayıtdakı “Kapital Bank Arena”nın qazonundan gedir. 

 

İşlər yolunda gedərsə, çox keçmədən işin icrasına başlanacaq. (Futbol11.az)

Xəbər xətti