Messi: "Dünya çempionatından sonra nələr baş verəcəyini bilmirəm"

Lionel Messi Argentina millisinin DÇ-2018-ə qatılmayacağı təqdirdə belə milli ilə vidalaşmağı düşünmədiyini bildirib.

 

Sportal.az xəbər verir ki, mundialdan kənar qalacaqları təqdirdə hazırkı heyətin sonu olacağını deyib.

 

O, həmçinin DÇ-dən kənar qalmaqlarının axmaqlıq olduğunu da söyləyib:

 

“DÇ-yə qatılmamaq axmaqlıq olardı. Bu zaman nələr olacağını heç düşünmədim, çünki bu hamı üçün fəlakət olardı”.

 

Messi növbəti mundialın onun üçün sonuncu olacağı ilə bağlı fikirlər haqqında da danışıb: 

 

“Gələcəyə baxmıram. DÇ-dən sonra nələr olacağını bilmirəm. Rusiyada ən yaxşı oyunumuzu sərgiləməliyik. DÇ-yə az vaxt qalıb, sonra nə baş verəcəyini görəcəyik”.

Tarix: 13 Noyabr [13:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio