Millimizin üzvü "Neftçi"də

14:11 - 13 Noyabr 2017

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb. 2014/2015 mövsümündə “İnter” klubunun heyətində Topaz Premyer Liqasında debüt etmiş Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb. U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Elnur Süleymanov Slovakiya yığması ilə oyunda (3:2) qol vurub.

 

Yeni transfer ötən il U-21 milli komandamıza da cəlb olunub.

Xəbər xətti