Peşəkar Futbol Liqasından yenilik

Peşəkar Futbol Liqası yeniliyə imza atıb.

 

Sportal.az xəbər verir ki, ölkədə əsas futbol liqalarının təşkilinə cavabdeh olan PFL I Divizion oyunlarının online yayımına başlayıb.

 

Topaz Premyer Liqası ilə yanaşı I Diviziona da hər zaman önəm verən qurum ötən il bununla bağlı yeniliklər tətbiq etmişdi. Bu ildən isə oyunlardan öncə protokollardan, oyunlar zamanı baş verən hadisələrdən eləcə də oyunsonrası yekun protokollardan anında xəbər tuta biləcəyik.

 

Qeyd edək ki, artıq I Divizionun 8-ci turunun oyunları online şəkildə futbol azarkeşlərinə təqdim olunub.

Tarix: 13 Noyabr [14:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio