"Qarabağ"ın sabiq futbolçusu klubundan ayrılır

“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem çıxış etdiyi Qazaxıstanın “Aktobe” klubundan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun idman direktoru Maksat Tyumaliyev məlumat verib. Klub rəsmisinin sözlərinə görə, makedoniyalı futbolçu ilə yanaşı 5 legioner oyunçu da heyətdən göndəriləcək. Buna səbəb kimi həmin oyunçuların zəif çıxış etmələri olub.

 

Qeyd edək ki, Muarem Muarem bu ilin yayında “Aktobe”yə keçmişdi. Makedoniyalı yarımmüdafiəçi 15 oyuna 1 qol vurub.

Tarix: 13 Noyabr [15:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio