Yüksək Liqanın bir oyunu canlı yayımda

16:16 - 13 Noyabr 2017

Futzal üzrə Yüksək Liqada VII turun oyunlarına təyinatlar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab edilən və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq “Marafon Futsal” – “Neftçi” İK oyununu FİFA referiləri idarə edəcək. Elə həmin qarşılaşmanın hakimlərinin işini də FİFA hakim-inspektoru qiymətləndirəcək.

 

Noyabrın 15-də, Bakı İdman Sarayında keçiriləcək tura təyinatları diqqətinizə çatdırırıq:

 

Saat 14:30 “Marafon Futsal” – “Neftçi” İK

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev

Hakim-inspektor: Murad Məmmədov

 

Saat 16:00 “Araz” – “Xəmsə”

Hakimlər: Elçin Məmmədov, Ramiz Məhərrəmov, Əli Cəbrayılov

Hakim-inspektor: Ələkbər Məmmədov

 

Saat 17:30 “Yasamal” FK – EKOL

Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov 

Hakim-inspektor: Aydın Gözəlov

Xəbər xətti