Qrizmann "Atletiko"dan ayrılmamasının səbəbini açıqladı

18:43 - 13 Noyabr 2017

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Atletiko"nun hücumçusu Antuan Qrizmann açıqlama verib.

 

Sportal.az xəbər verir ki, adı bir çox nəhəng klublarla hallanan futbolçu yayda Madrid komandasından ayrılmadı və "Atletiko"da qaldı. Qrizmann komandanı tərk etməməsinin səbəbini belə izah edib:

 

"Atletiko"nu transfer qadağasına görə tərk etmədim. Qalmaq lazım olduğunu hiss etdim. Ayrılmağım çirkin addım olardı".

 

26 yaşlı hücumçunun "hindular"la müqaviləsi 2022-ci ilə qədərdir. Qrizmann bu mövsüm 13 oyuna 3 qol vurub və 3 assist edib.

Xəbər xətti