Millimizin üzvü klubundan göndərilir

19:21 - 13 Noyabr 2017

Millimizin hücumçusu Dəniz Yılmaz “Bursaspor”da şans qazanmır. Forvard "yaşıl timsahlar"a lazım deyil.

 

Sportal.az xəbər verir ki, komandanın fransalı baş məşqçisi Pol Le Quen Dənizin xidmətində maraqlı deyil. Yılmazın adı göndəriləcək futbolçuların siyahısındadır. Klub rəhbərliyi oyunçuya klub tapmağı tapşırıb.

 

Qeyd edək ki, yığmamızın heyətində 2 matça çıxan forvard bundan əvvəl də heyətdən kənarlaşdırılmış, ancaq Le Quenin istəyi ilə yenidən əsas komandaya qaytarılmışdı. 29 yaşlı forvardın klubla 2019-cu ilə kimi müqaviləsi var.

Xəbər xətti