Maradona əməliyyat olundu

Dünya futbolunun argentinalı əfsanəvi futbolçusu Dieqo Armando Maradona bıçaq altına düşüb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis sol çiynindən əməliyyat edilib. Bu barədə Maradona sosial şəbəkə hesabında verdiyi açıqlamasında bildirib:

 

"Bu əməliyyatı daha öncədən etməli idim. Ancaq müəyyən səbəblərdən təxirə salmışdım. Əməliyyat 1,5 saat davam etdi. Şükürlər olsun ki, yaxşıyam. Hamınıza qucaq sevgi salamlar".

 

Qeyd edək ki, 57 yaşlı məşqçi Birləşmiş Ərəb Əmirliklərinin "El-Fujairah" klubunun "sükanı arxası"ndadır.

Tarix: 13 Noyabr [19:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Aprel 2018
19  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio