Milliyə dəvət almayan futbolçu: "Mən onlardan zəif deyiləm"

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olan "Çelsi"nin fransalı yarımmüdafiəçisi Temue Bakayoko açıqlama verib.

 

Sportal.az xəbər verir ki, yoxlama oyunları üçün heyətə dəvət almayan 23 yaşlı futbolçu narazılıq edib:

 

"Bu qərara üzüldüm. Dünya çempionatında komandanın heyətində yer almağı hədəfləyirəm və bunu bacara biləcək gücdə olduğuma inanıram. "Çelsi" kimi böyük klubda çıxış edirəm. Baş məşqçinin qərarlarına hörmət edirəm, oyunçularla isə qürur duyuram. Ancaq Nqolo Kante, Adrien Rabio, Korentin Tolisso və Blez Matuidi məndən daha yaxşı oyunçular deyil. Mən onlardan zəif futbolçu deyiləm".

 

Qeyd edək ki, Bakayoko Fransa millisinə 2017-ci ildən dəvət alır. Yarımmüdafiəçi bu mövsüm keçirdiyi 15 oyuna 2 qol vurub və 3 assist edib.

Tarix: 13 Noyabr [19:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio