Mundiala vəsiqə qazanan 29 komanda məlumdur

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, İsveç pley-offda İtaliyanı mübarizədən kənarlaşdırmaqla mundiala yollanıb.
 
Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 29-a çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya və İsveçrə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Mundialda 32 komanda iştirak edir ki, qalan 3 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

 

14 noyabr. İrlandiya – Danimarka (ilk oyun: 0:0)
15 noyabr. Avstraliya – Honduras (ilk oyun: 0:0)
16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0)

Tarix: 14 Noyabr [02:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio