Robert Prosineçki: "Sağ olsunlar, mənim üçün iş yeri tapırlar"

Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki gələcək karyerası haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı qızının təhsilinə görə Bakıda olduğunu və yeni iş yerinin dəqiqləşmədiyini deyib:

 

"Mətbuatda adım bir sıra komandalarla hallanır. Sağ olsunlar, mənim üçün iş yeri taprılar. Amma həqiqətən də harada çalışacağımı bilmirəm. Çünki Bakıdayam, qızım burada təhsil alır. Nələr baş verəcəyini gələcəkdə biləcəyik".

 

Qeyd edək ki, Robert Prosineçkinin adı Bosniya və Herseqovina, Serbiya, Sloveniya və Avstriya milliləri ilə hallanıb. O, həmçinin Avstriyanın "Ştrum Qraz" klubuna baş məşqçi kimi namizədlərdən biridir.

Tarix: 14 Noyabr [13:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio