"Qarabağ"ın rəsmisi: "Onlarla aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb"

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin prezidentinin klubumuza sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin rəsmisi "Damat" şirkətinin "Qarabağ"a sponsorluq etmədiyini bildirib:

 

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır. Amma hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.

Tarix: 14 Noyabr [14:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio