Tomas Vermalenin "Barselona" peşmanlığı

Bu mövsüm "Barselona"nın heyətində heç bir oyuna çıxmayan Tomas Vermalen açıqlama verib.

 

Sportal.az xəbər verir ki, belçikalı müdafiəçi yayda klubdan ayrılmadığı üçün peşmanlığını dilə gətrib:

 

"Bu yay "Barselona"da qalmağın yaxşı düşüncə olduğunu fikirləşirdim. Ancaq indi səhv etdiyimi anlayıram. Yanlış düşündüm və bu addımına görə peşmanam. Buna baxmayaraq, klubumda 1 dəqiqə belə oynamasam da, Belçika millisinə dəvət aldığım üçün xoşbəxtəm".

 

Qeyd edək ki, 31 yaşlı oyunçu 2014-cü ildə 15 milyon funut-sterlinq qarşılığında "Arsenal"dan "Barselona"ya keçmişdi. Vermalen ötən mövsümü icarə əsasında "Roma"da keçirib.

Tarix: 14 Noyabr [14:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio