Avropadan dünya çempionatına yollanan son komanda Danimarka oldu

Bu gün DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin pley-off oyunlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, İrlandiya - Danimarka oyunu ilə Avropadan mundiala yollanacaq sonuncu komanda bəlli olub. Qarşılaşmada qonaqlar 5:1 hesabı ilə qalib gəliblər. Oyunda Kristian Eriksen het-trik etməklə matça damğa vurub.
 
İlk görüşdə tərəflər 0:0 hesablı heç-heçəyə razılaşmışdılar.

14 noyabr
DÇ-2018 pley-off mərhələsi, cavab oyunları


İrlandiya – Danimarka - 1:5

Qollar: Daffi, 6 - Kristensen, 29, Eriksen, 32, 63, 74, Bendtner, 90 (pen.)

İlk oyun – 0:0

Tarix: 15 Noyabr [01:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio