"Qarabağ"ın futbolçusu millidə şans qazanmadı

Cənubi Afrika Respublikası yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu matçını keçirib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovunun formasını geyindiyi komanda D qrupunun son turu çərçivəsində səfərdə lider Seneqalla qarşılaşıb. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Dino bu oyunun iştirakçısı olmayıb. O, Seneqalla evdəki oyunda olduğu kimi, cavab görüşündə də sonadək ehtiyatda qalıb.

 

Onun komandası isə seçmə mərhələni 4 xalla 4 komanda arasında sonuncu pillədə başa vurub.

Tarix: 15 Noyabr [10:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio