"Beşiktaş"da Pepe şoku

11:11 - 15 Noyabr 2017

Portuqaliya millisinin və "Beşiktaş"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, son Avropa çempionlarının aparıcı futbolçularından olan Pepe zədələnib. Təcrübəli müdafiəçi ABŞ-la keçirilən hazırlıq matçında (1:1) xəsarət alıb.

 

Qarşılaşmanın 10-cu dəqiqəsində zədələnən 34 yaşlı mərkəz müdafiəçisi oyunu davam etdirə bilməyib və onun əvəzinə meydana Luis Neto daxil olub.

 

Pepenin Türkiyə Super Liqasında "Akhisar Bələdiyəspor" və Çempionlar Liqasında "Porto" ilə görüşlərdə oynayıb-oynamayacağı tibbi müayinədən sonra bəlli olacaq.

Xəbər xətti