Advokat Hollandiya millisindən ayrıldı

12:41 - 15 Noyabr 2017

Hollandiya millisinin baş məşqçisi Dik Advokat postundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, o, Rumıniya ilə yoxlama oyunundan (3:0) sonra yığma komandadan ayrılıb. 70 yaşlı mütəxəssis başa çatan müqaviləni yenilənməsini istəməyib.

 

Xatırladaq ki, Advokat bu ilin may ayında milliyə baş məşqçi təyin olunmuşdu. Hollandiya yığması DÇ-2018-ə vəsiqə qazana bilməyib.

Xəbər xətti