Dani Alveş: "O, Braziliyanın yeni Ronaldosu olacaq"

12:56 - 15 Noyabr 2017

Braziliya millisinin üzvü Dani Alveş komanda yoldaşı Qabriel Jesus haqda danışıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi "Mançester Siti"nin şərəfini qoruyan həmyerlisinin ünvanına təriflər səsləndirib. O, gənc forvardın ikinci Ronaldo olacağını deyib:

 

"Jesus zatən möhtəşəm oyunçudur və daha da yaxşı olacaq. Ona yeni Ronaldo deyərkən zarafat etmirdim. Jesus Braziliyanın yeni Ronaldosu olacaq. Bənzər istedadllara sahibdirlər. Bu vaxta qədər etdiyi, bacardığı heç bir şeyə görə üzərində təzyiq yox idi. Meydanda nəyi sevirsə, onu da edir".

Xəbər xətti