Milli komandanın baş məşqçisi vəzifəsindən ayrıldı

13:10 - 15 Noyabr 2017

Fil Dişi Sahili millisinin baş məşqçisi Mark Vilmots yığmadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə belçikalı mütəxəssis özü şəxsi “tvitter” hesabında məlumat verib. O, federasiya ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verdiklərini yazıb.

 

Xatırladaq ki, Vilmotsun rəhbərlik etdiyi Fil Dişi Sahili yığması DÇ-2018-in seçmə mərhələsinin son oyununda evdə Mərakeşə uduzaraq (0:2), mundialdan kənarda qalıb.

Xəbər xətti