36 yaşlı hücumçu ilə müqavilə uzadıldı

16:57 - 15 Noyabr 2017

İspaniya La Liqasında mübarizə aparan "Atletik" klbunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, komandanın hücumçusu Artis Aduritslə müqavilə yenilənib. Təcrübəli futbolçu 2019-cu ilin iyununa kimi "Atletik"in şərəfini qoruyacaq.

 

36 yaşlı hücumçunun sərbəst qalma qiyməti 40 milyon avro qoyulub.

 

Karyerasının əsas bölümünü "Atletik"ə həsr edən forvard bu mövsüm keçirdiyi 19 oyunda 9 qol vurub.

Xəbər xətti