"Barselona"da Maskerano şoku

19:19 - 15 Noyabr 2017

"Barselona" ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın təcrübəli futbolçusu Xavyer Maskerano sıradan çıxıb. 33 yaşlı müdafiəçi Argentina millisinin Nigeriyaya qarşı keçirdiyi matçda (2:4) zədələnib. Məlumata görə, oyunçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Maskerano bu mövsüm "Barselona"da 10 oyun keçirib.

Xəbər xətti