İtaliya millisində gözlənilən istefa reallaşdı

00:10 - 16 Noyabr 2017

Daha bir milli komandada baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, İtaliya yığması baş məşqçisi Campyero Ventura ilə yolları ayırıb. Onun istefasına İtaliya yığmasının 60 ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb oldu.

 

İtaliya millisinin DÇ-2018-in pley-off mərhələsində qarşısını İsveç kəsmişdi.

 

Qeyd edək ki, Ventura İtaliya yığmasına 2016-cı ilin iyun ayından rəhbərlik edirdi.

Xəbər xətti