"Qarabağ" - "Çelsi" oyununun başlama saatı açıqlandı

00:29 - 16 Noyabr 2017

UEFA Gənclər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la İngiltərənin “Çelsi” klubunun U-19 komandası arasında keçiriləcək oyunun başlama saatı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu matç noyabrın 22-də “Azərsun Arena”da keçiriləcək və saat 15:00-da başlayacaq.

 

Xatırladaq ki, bu komandalar arasında Londondakı oyunda təmsilçimiz 0:5 hesabı ilə uduzub.

Xəbər xətti