"Çelsi"nin Bakıya səfər planı bəlli oldu

12:28 - 17 Noyabr 2017

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Çelsi”nin səfər planı bəlli olub.

 

Sportal.az xəbər verir ki, londonlular Bakıya matçdan 1 gün əvvəl – noyabrın 21-də gələcək.

 

“Zadəganlar” paytaxtımızda "Hilton" otelində məskunlaşacaq. Rəqib qarşılaşma başa çatandan sonra isə Londona geri qayıdacaq. 

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 22-I saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək. 

Xəbər xətti