Ronaldo: "7 uşaq və 7 "Qızıl top" sahibi olmaq istəyirəm"

12:44 - 17 Noyabr 2017

"Real"ın ulduz futbolçusu Kristiano Ronaldo 7 uşaq və 7 "Qızıl top" sahibi olmaq istədiyini deyib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu Fransanın "L'Equipe" nəşrinə açıqlamalar verib. O, ətrafında çox insan olduqda xoşbəxt olduğunu bildirib:

 

"Ətrafımda nə qə dərçox insan olarsa, bir o qədər xoşbəxt oluram. Uşaqsız həyat heç bir şeydir. 7 uşaq və o qədər də "Qızıl top" sahibi olmaq istəyirəm".

 

Təcrübəli hücumçu son zamanlar az qol vurması haqda da danışıb:  "Niyə az qol vurduğumu soruşan insanları tənqid etmirəm. Qəribi olan isə budu: Qol vurmayanda evə gedirəm və anam, oğlum, bacım məndən "Sənə nə olub?" deyə soruşurlar."

 

Yeni transferləri ilə güclü heyətə sahib olan PSJ haqda verilən suala cavab verən Ronaldo parislilərdən qorxmadığını deyib: "PSJ-dən qorxmuruq. Biz Çempionlar Liqasının son qalibiyik. 2 il ardıcıl kuboku qazandıq. Buna sayğı duymalıyıq. Oynadığım müddətdə qazana biləcəyim bütün titulları qazanmaq istəyirəm".

Xəbər xətti