"Çelsi"nin hücumçusu: "Bro, hətta sənin anan da bilir ki, bu, belə deyil"

“Çelsi”nin hücumçusu Mişi Batşuayi, haqqında yayılan məlumata münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, “tvitter”də “The Chelsea Daily” səhifəsində onun paltardəyişmə otağında gey olduğunu etiraf etməsi yazılmışdı.

 

Belçikalı forvard Premyer Liqada gey olduğunu etiraf edən ilk oyunçu kimi təqdim olunmuşdu.

 

Batşuayi bu məsələyə elə “tvitter”də yazdığı statusla cavab verib: “Bro, hətta sənin anan da bilir ki, bu, belə deyil”. 

 

Qeyd edək ki, ötən il “Marsel”dən 39 milyon avroya transfer edilən Batşuayi bu mövsüm “Çelsi”nin heyətində 13 oyunda 7 qol vurub.

Tarix: 17 Noyabr [13:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2018
21  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio