Şahin Diniyev: "Ən çətin oyunlarımızdan birini keçirəcəyik"

“Bizim üçün çox vacib oyundur. “Səbail” ilə aramızdakı xal fərqini aradan qaldırmaq üçün qələbə qazanmalıyıq. Rəqib yaxşı komandadır. Heyətləri yerli və gəlmə futbolçulardan formalaşıb. Bizə asan olmayacaq. Ən çətin oyunlarımızdan birini keçirəcəyik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 12-ci turunda "Səbail"lə oyun öncəsi klubun saytına deyib.

 

O, meydana 3 xal üçün çıxacaqlarını bildirib: "Heç vaxt optimal heyətlə oynaya bilməmişik. Çünki həmişə zədəli futbolçularımız olub. Amma qarşıdakı matça nikbin baxa bilərik. Çünki zədəlilərimiz sağalıb. Düzdür, fiziki formaları istənilən səviyyədə deyil. Amma onların sağalması məni sevindirir. Futbolçular komandaya maksimum şəkildə fayda vermək üçün meydançaya çıxacaqlar”.

Tarix: 17 Noyabr [20:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2017
14  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio