Samir Abasov: "Qarabağ" kimi komandaya qarşı oynamağa hazır olmadığımızı göstərdik"

20:50 - 17 Noyabr 2017

Topaz Premyer Liqasının 12-ci turunda "Sumqayıt" səfərdə “Qarabağ”a uduzub - 0:2.
 
Sportal.az xəbər verir ki, matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib. Abasov oyunla bağlı bunları deyib:
 
"Rəqibi təbrik edirəm. Azlıqda qalmalarına baxmayaraq, layiqli qələbə qazandılar. Yəqin nəyisə səhv etdik ki, uduzduq. Ümumiyyətlə, bu gün “Qarabağ” kimi komandaya qarşı oynamağa hazır olmadığımızı göstərdik. Bacardığımız bu idi. Rəqib bütün oyuna nəzarət etdi. Meydana uduzmaq üçün çıxmamışdıq. Mübarizə apardıq. Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi. Bəlkə də, rəqib 10 nəfərlə qaldıqdan sonra fərqli oyun sərgiləməli idik. Bu gün “Qarabağ” digər klubları aşkar üstələyir. Turnir cədvəlində onlardan çox da geri deyilik. Lakin oyunda onlardan aşkar geri qaldığımız meydanda göründü".

Xəbər xətti