Qurban Qurbanov: "Ən azı buna söz verirəm" MÜSAHİBƏ

21:04 - 17 Noyabr 2017

Topaz Premyer Liqasının 12-ci turunda "Qarabağ" “Sumqayıt”ı məğlub edib - 2:0.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Açığı, hiss olunudu ki, tonusdan düşmüşdük. Çünki neçə gün idi oynamırdıq. Futbolçuların istirahətə daha çox ehtiyacları var idi. Futbolçulara faydalı oyun oldu. Belə matçlarda azlıqda qalmaq onları bir az da bərkidir. Komandamı təbrik edirəm.

 

- Komandada qırmızı vərəqələrin sayı çoxalıb. Bu, nə ilə bağlıdı?
- Elə bir səbəbi yoxdu. Futbol mübarizə oyunudusa, burda mütləq belə hallar olacaq. Elə olub ki, qımızılıq hərəkət olmayıb, hakim verib. Mən yenə də futbolçularda səhv axtarıram. İnşallah, bunda da xeyir var. Oyunçular daha diqqətli olurlar. Belə hallara hazır olmalıyıq. Bəzən məşqdə də bunların üzərində çalışırıq, qırmızı vərəqə olsa, hansı dəyişikliyi edək. Açığı, qapıçının qırmızı vərəqəsini gözləmirdik.

 

- Anton Kanibolotskiyə çox şans vermirsiniz. Qışda onunla yollarınızı ayırmağı düşünmürsünüz?
- Yollarımızı ayırmağı düşünmürük. Düzdü, ona elə də çox oyunda şans vermədik. 3 qapıçının olması mənim üçün vacibdi. Kanibolotsini digərlərindən zəif saymıram. Qapı xətti elədi ki, çalışmalıyıq ki, orda dayanan oyunçunun oyun təcrübəsi olsun.

 

- Millinin baş məşqçisi olduğunuz üçün artıq rəqib komandanın da oyununu diqqətlə izləmək məcburiyyətindəsiniz. Bu, sizə çətinlik yaratmayacaq?
- Xeyr. Rəqiblərin oyunçularını da tanıyıram. Lazım olduqca gedib kənardan izləyəcəyik. Hər biri tanışdı. Amma yenə də izləmək lazımdı.

 

- Məşqçilərdən biri deyib ki, klubun inkişafı üçün ən azı mövsümdə 60 oyun keçirməlidi. “Qarabağ”ın çox oyun keçirməsinin uğurlu çıxışında rolu varmı?
- Bu, hamıya bəllidi. Nə qədər çox oyun keçirsə, futbolçu daha dözümlü olar. Baxır 60 oyunu necə keçirirsən. Bəzən 40-50 oyun da olar. Oyun sayını artırmaq olar, amma keyfiyyətə daha çox üstünlük vermək lazımdı. 40 keyfiyyətli oyun, 60 keyfiyyətsiz matçdan daha yaxşıdı.

 

- “Çelsi” ilə matçdan nə gözləmək olar?
- Hər şey. Rəqib, qarşısına qoyulan məqsədi bəllidi. Futbolçulara inam verməliyik ki, bu komandaya qarşı mübarizə aparmaq olar. Azarkeşlər də inansınlar ki, yaxşı mübarizə olacaq. Ən azı buna söz verirəm. Hətta məğlub olsaq da, azarkeşlərin mübarizədən razı qalmalarına çalışacağıq. Bir neçə günümüz var. Rəqibi daha yaxından tanımağa çalışacağıq. “Çelsi” fərqli sistemdə oynayır.

Xəbər xətti