SON DƏQİQƏ: "Çelsi" imtina etdi, "Qarabağ" satışa çıxardı

13:37 - 18 Noyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin son ev oyununda “Çelsi”ylə matçın satışa çıxarılan biletlərin hamısı satılmışdı.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "Çelsi" onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib. "Qarabağ" oyuna olan böyük marağı nəzərə alaraq həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadır.

 

 Satış məntəqələri: 
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Xəbər xətti