"Mançester Yunayted" "Nyukasl"a rəhm etmədi VİDEO

01:18 - 19 Noyabr 2017

İngiltərə Premyer Liqasında 12-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" evdə "Nyukasl"a 4:1 hesabı ilə qalib gəlib.

 

Premyer Liqada turnir cədvəlinə 34 xalla "Mançester Siti" başçılıq edir. 8 xal geri qalan "Mançester Yunayted" ikincidir. "Çelsi" 25 xalla ilk "üçlüy"ü qapayır. "Nyukasl" 14 xalla 11-cidir.

 

“Mançester Yunayted” – “Nyukasl” - 4:1
Qollar:
Martial, 37, Smollinq, 45+1, Poqba, 54, Lukaku, 70 - Qeyl, 14

 

 

Xəbər xətti