"Bavariya"nın baş məşqçisi Bundesliqanın tarixinə düşdü

“Bavriya” Bundesliqanın 12-ci turunda “Auqsburq”a 3:0 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, bu qələbə “Bavariya”nın baş məşqçisi Yupp Haynkes üçün əlamətdar olub. O, futbolçu və məşqçi kimi Bundesliqada 500-cü qələbəsini qazanıb.

 

Haynkes bu göstəriciyə nail olan ilk futbol adamı olub. 72 yaşlı Yupp 174 oyunda futbolçu, 326 qarşılaşmada isə məşqçi kimi qələbə qazanıb.

 

O, futbolçu kimi Münhenqladbax “Borussiya”sının heyətində 4, məşqçi kimi “Bavriya” ilə 3 dəfə Almaniya çempionu olub.

Tarix: 19 Noyabr [13:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio