Fərid Nəbiyevin 90 dəqiqə oynadığı matçda "Slaviya" qalib gəldi

15:48 - 19 Noyabr 2017

Çexiyanın U-21 liqasının 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya” səfərdə “Viktoriya” ilə qarşılaşıb. Matç Praqa təmsilçisinin 3:0 hesablı qələbsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Fərid Nəbiyev bu görüşdə 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Slaviya" qələbə sayəsində 23-ə çatdırıb və 12 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti