"Səbail" "Kəpəz"ə darmadağınla qalib gəldi, "Keşlə" "Zirə" ilə heç-heçə etdi

19:03 - 19 Noyabr 2017

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 12-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub. “Kəpəz” Yevlaxda “Səbail”i qəbul edib və 0:4 hesabı ilə uduzub.

 

Günün digər oyunu “Keşlə” ilə “Zirə” arasında keçirilib. Bu oyunda isə qalib müəyyənləşməyib - 1:1.

 

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sumqayıt”a 2:1 hesabıyla qalib gəlib.

 

Əvəzedicilərin çempionatı
12-ci tur
18 noyabr

 

"Kəpəz" – "Səbail" 0:4
Qollar:
Pərviz Qaraxanov, 1. Raul Yaqubzadə, 23. Asif Mirili, 60. Emil Həsənzadə, 66-pen.

 

"Keşlə" – "Zirə" 1:1
Qollar:
Ürfan İsmayılov, 48 - Müşfiq İlyasov, 29.

 

Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Xəbər xətti