Rəşad Sadiqov: "Legionerin də, yerli futbolçunun da üstünə qışqırıram" MÜSAHİBƏ

21:25 - 19 Noyabr 2017

“Neftçi” Topaz Premyer Liqasının 12-ci turunda evdə “Qəbələ”yə 2:3 hesabı ilə yenilib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra “ağ-qarların” yarımmüdafiəçisi Rəşad Sadiqov jurnalistlərə müsahibə verib. Təcrübəli futbolçu ilk olaraq məğlubiyyəti şərh edib:
 
 
- Açıq futbol keçdi. Çətin olacağını bilirdik. “Qəbələ” kompeltləşmiş komandadır. Qələbə arzusunda olsaq da, yenilgi yaşadıq.
 
- İki dəfə hesabda irəli oldunuz. Amma məğıubiyyətlə üzləşdiniz. Uduzmağa səbəb nə oldu?
- Yəqin ki, hardasa səhv etdik. Qollarda hakimlər düzgün qərar vermədilər. Künc zərbəsi ilk qolda yanlış idi. Özümüzün də səhvləri oldu. Hakimlər də diqqətli olmalıdırlar. Hamının gözünün top “Qəbələ”nin futbolçusundan meydanı tərk etdi, lakin küncdən zərbə təyin edildi. Başqa deyəsi sözüm yoxdur.
 
- Matçın gedişində Anton Krivostyukla Rəhman HAcıyevə çox göstərişlər verirdin. Nümayiş etdirkləri oyun səni qane etmirdi?
- Anton gənc oyunçudu. Arxasına çox vaxt futbolçu buraxır. Tərlan müəllim də ona çox tapşırır ki, oyunçunu arxanda buraxma. Ona görə qışqırırdıq ki, oyunçuları boş buraxmasın. Hər dəfə özü görürdü.
 
- 4 oyun ardıcıl qələbədən sonar liderlər qrupunda yer alan komandalara uduzdunuz. “Neftçi”də problem davam edir?
- Qələbələr qazananda da Tərlan müəllim demirdi ki, problemlər arxada qalıb. Deyirdik ki, nöqsanlarmız var və bunun üzərində çalışmalıyıq. Qış fasiləsində komandanı təkmilləşdirmək lazımdır.
 
- Heyətə əl gəzdirmək lazım deyil?
- Baş məşqçi özü qərar verəcək. Amma “Neftçi” üçün ilk “üçlük”dən kənarda qalmaq yaraşmaz. Baxmayaraq ki, xal fərqimiz çoxdur. Bu heyət dəyişsə də, dəyişməsə də, mübarizə aparmalıyıq.
 
- Nizami Hacıyev “Neftçi”yə keçir. Bu haqda nə düşünürsən?
- Bilmirəm, ötən gün mətbuatdan oxudum. Məlumatım yoxdu. Yalan danışa bilmərəm.
 
- Nizami əgər gəlsə, “Neftçi”yə faydalı olar?
- Əlbəttə, gözəl qollar vurur. Fiziki cəhətdən məncə, hazırda bir az zəifliyi var. Qışdakı məşq toplanışında düzələr.
 
- “Neftçi”nin problem yerli oyunçularla bağlıdır, yoxsa əcnəbi?
- Onu konkret demık olmaz. Ayırmaq dügün deyil. Qıraqda legionerlər və yerli oyunçular ayrı-ayrı gəzə bilər. Amma meydanda belə deyil. Legionerin də, yerli futbolçunun da üstünə qışqırıram. Hər kəs özünə cavabdeh olur.

Xəbər xətti